Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqalarında təxirə salınan 2-ci turun oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. Matc.az xəbər verir ki, bu qarşılaşmalar yanvarın 22-nə təyin olunub.
 
Həmin gün ilk olaraq qadın voleybolçuların Yüksək Liqasında təxirə salınan "Murov" - UNEC matçı baş tutacaq. Görüş saat 16:00-da start götürəcək.
 
Ardından kişi voleybolçuların Yüksək Liqasında 2-ci turun təxirə salınan "Neftçi" - "Xarı bülbül" oyunu keçiriləcək. Bu qarşılaşma isə saat 18:00-da başlayacaq. Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.
 
Xatırladaq ki, bu oyunların yanvarın 12 və 13-də keçirilməsi nəzərdə tutulsa da UNEC və "Neftçi" klublarının bir çox voleybolçusunun qrip və yüksək hərarətdən əziyyət çəkməsi səbəbindən təxirə salınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest