İspaniyanın “Kartagena” klubunun qapıçısı Aaron Eskandell karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az saytı xəbər verir ki, 27 yaşlı qolkiper “Qarabağ”ın diqqət mərkəzinə düşüb.

Şahruddin Məhəmmədəliyevin zədələnərək iki aylıq sıradan çıxması Ağdam klubunu təcili qolkiper axtarışına vadar edib. Baş məşqçi Qurban Qurbanovun bu mövqe üçün bir neçə namizədi var ki, onlardan biri də məhz Eskandelldi.

Ancaq onun transferini reallaşdırmaq üçün ilk növbədə klubunu razı salmaq lazımdı. Çünki La Liqa-2 təmsilçisinə mövsümün əvvəlində keçən ispaniyalının müqavilə müddəti 2024-cü ilin yayına qədərdi. Onun qiyməti məşhur transfermark.com saytında 1 milyon avro göstərilir.

Qeyd edək ki, yeniyetmə vaxtlarında “Vilyarreal”, “Valensiya” və “Malaqa”nın akademiyalarında çıxış edən Aaron Eskandell peşəkar karyerası ərzində “Malaqa”nın əvəzedici komandasının, həmçinin “Qranada”nın formasını geyinib.

XƏYAL

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest