21 Yanvar 2023, 15:18
TOP OYUNLARI
Kişi voleybolçular arasında Yüksək Liqanın 2-ci turundan təxirə salınmış "Neftçi" - "Xarı bülbül" oyunu növbəti dəfə ertələnib. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilib ki, "Xarı bülbül" klubunun rəhbərliyi komandanın bir neçə üzvünün xəstələnməsi ilə əlaqədar görüşün təxirə salınmasını xahiş edib.
Qarşılaşma yanvarın 22-də saat 18:00-da başlamalı idi. Matç daha əvvəl "Neftçi"nin voleybolçuları xəstələndiyi üçün baş tutmamışdı.