Almaniyanın "Bayer" komandasında çıxış edən rusiyalı qapıçı Andrey Lunyovun "Qarabağ"a keçidi baş tutmayıb. Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun direktoru Emrah çelikel "Championat" nəşrinə açıqlamasında bildirib.
 
O, Leverkuzen təmsilçisi ilə razılığa gələ bilmədiklərini və danışıqların başa çatdığını bildirib.
 
Xatırladaq ki, "Qarabağ" əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin ağır zədə almasından sonra yeni qolkiper axtarışındadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest