Çyervo "Roma"nın yetirməsidir. İtaliyalı hücumçu "Sassuolo"ya keçənə qədər "Sampdoriya"da icarədə oynayıb. 20 yaşlı futbolçu 2022-ci ildə 2 milyon avro qarşılığında keçdiyi "Sassuolo"da debüt etməyib. O, daha öncə "Frozinone"yə də icarəyə göndərilib.

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Türkiyə millisinin və İtaliyanın "Sassuolo" klubunun müdafiəçisi Kaan Ayhanı icarəyə götürüb.
 
28 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə İstanbul klubuna keçib. "Sarı-qırmızılılar" yarım mövsümlük icarə üçün İtaliya klubuna 400 min avro ödəyib. Futbolçunun transfer hüquqlarının alınması üçün isə 2.8 milyon avro ödəmək lazım gələcək.
 
Kaan Ayhan 2020-ci ilin sentyabr ayında Almaniyanın "Fortuna" (Düsseldorf) klubundan 2.5 milyon avro qarşılığında keçdiyi "Sassuolo"da 55 oyun keçirib, 2 qol vurub. "Şalke"nin yetirməsi olan mərkəz müdafiəçisi Almaniyada "Ayntraxt"ın da uğurları üçün çalışıb. O, Türkiyə millisində 47 oyuna 5 qol vurub.
 
Yeri gəlmişkən, "Sassuolo" hücumçuları Janis Antistlə Rikkardo çyervonu da icarəyə verib. Antist Fransanın "Amyen", çyervo isə İtaliyanın "Venetsiya" klubuna keçib. Onların hər ikisi 2023-cü ilin 30 iyununa kimi icarədə olacaq.
 
çyervo "Roma"nın yetirməsidir. İtaliyalı hücumçu "Sassuolo"ya keçənə qədər "Sampdoriya"da icarədə oynayıb. 20 yaşlı futbolçu 2022-ci ildə 2 milyon avro qarşılığında keçdiyi "Sassuolo"da debüt etməyib. O, daha öncə "Frozinone"yə də icarəyə göndərilib.
 
Antist isə Fransanın "Tuluza" klubunun yetirməsidir. Fransadan olan 20 yaşlı futbolçu 2021-ci ilin avqustunda 4.6 milyon avro qarşılığında İtaliyanın "Spetsiya", bir il sonra 6 milyon avro qarşılığında da "Sassuolo"ya keçib. O, bu klubun əsas komandasında 2 oyuna çıxıb, 1 qol vurub.
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest