Misli Premyer Liqasının XXI  turu çərçivəsində keçirilən "Səbail" - "Kəpəz" görüşündə azarkeşlər arasında dava düşüb. Matc.az xəbər verir ki, dava nəticəsində bir gəncəli azarkeş  bıçaqlanıb.

Yerli fanatlar tərəfindən bıçaq zərbəsi alan azarkeş təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Davanın digər iştirakçıları polis tərəfindən saxlanılıb. Onlardan üçünün bakılı tərəfdar olduğu bildirilir.

TURAN

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest