01 Fevral 2023, 15:09
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycanın cüdo yığmasının daha bir üzvü fevralın 4-5-də Fransanın paytaxtı Paris şəhərində keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak etməyəcək. Matc.az xəbər verir ki, -66 kq çəki dərəcəsində çıxış etməli olan Orxan Səfərov xəstələndiyinə, yüksək hərarəti və öskürəyi olduğuna görə, yığmanın baş həkiminin təqdimatı, performans direktorun və məşqçilər heyətinin qərarı ilə heyətdən çıxarılıb.
Orxan Səfərovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.
Xatırladaq ki, daha öncə Kəramət Hüseynovun da eyni səbəbdən Parisə aparılmayacağı açıqlanmışdı.