Azərbaycan Basketbol Liqasında 16-cı tura start verilib. Matc.az xəbər verir ki, turun açılış oyununda "AAAF Xırdalan" və "Sabah" komandaları üz-üzə gəlib.
 
"Sərhədçi" İdman Mərkəzində keçirilən görüşdə ikincilər parketdən 82:63 hesablı qələbə ilə ayrılıblar. Ən məhsuldar basketbolçular "AAAF Xırdalan"dan Devin Pullum (22 xal, 4 asist), "Sabah"dan isə Entoni Patti (20 xal, 13 ribaund) olublar.
 
Turun "Sərhədçi" - "Neftçi" İK, "Zirvə Astara" - "Gəncə" və "Olimpik Şəki" - NTD qarşılaşmaları müvafiq olaraq 2, 4 və 5 fevralda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest