"Gent"lə müqavilə imzalayacaq gənc futbolçular həm əsas, həm də əvəzedici heyətdə çıxış edəcəklər.

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" yeni oyunçularla güclənəcək. Matc.az xəbər verir ki, bunu Belçika klubunun icraçı direktoru Mişel Luvaqye deyib.
 
Klub rəsmisi bildirib ki, baxışdan keçirilən bir neçə oyunçu ilə müqavilə imzalayacaqlar. Həmin futbolçulardan biri haitili, biri burundili, biri isə serbiyalıdı. İcraçı direktor serbiyalının qapıçı olduğunu söyləyib. Luvaqye eyni zamanda hazırda bir iordaniyalını sınadıqlarını əlavə edib.
 
"Gent"lə müqavilə imzalayacaq gənc futbolçular həm əsas, həm də əvəzedici heyətdə çıxış edəcəklər.
 
Qeyd edək ki, "Qarabağ"la "Gent" arasında oyunlar fevralın 16-da və 23-də keçiriləcək.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest