"Sumqayıt"ın yeni transferi Dieqo Karioka ölkəsi Braziliya mətbuatına açıqlama verib. Matc.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 20-ci turunda "Turan Tovuz" üzərində qazanılan 2:1 hesablı qələbəni dəyərləndirib.
 
O, bunun həm komandası, həm də özü üçün önəmli olduğunu söyləyib: 
 
"Daha sakit və rahat şəkildə davam edə bilməyimiz üçün ilk matçlarda qələbə qazanmaq həmişə yaxşıdı. Qısa müddət əvvəl bura gələn biri kimi, qələbə qazanmaq və oyunda iştirak etmək mənim üçün çox vacib idi. Bu anı səbirsizliklə gözləyirdim".
 
Karioka qısa müddətdə "Sumqayıt"a uyğunlaşdığını da sözlərinə əlavə edib: "Rus dilini bilirdim və ingilis dili də bu prosesdə çox kömək etdi. Həm klub, həm də ölkə məni yaxşı mənada təəccübləndirdi. Yaşadığım şəhər gözəldi, insanlar sakitdi. Rəhbərlik də ən yaxşı və sürətli şəkildə uyğunlaşmağım üçün hər cür dəstəyi göstərdi".
 
Qeyd edək ki, Dieqo Karioka qış fasiləsində "Kolos"dan icarəyə götürülüb.
 
XƏYAL
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest