02 Fevral 2023, 17:09
MPL
AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək Premyer Liqanın 20-ci turunda keçirilmiş "Neftçi" - "Zirə" (1:0) matçının 75-ci dəqiqəsində qonaqların futbolçusu Donald Geryenin qırmızı vərəqə aldığı epizodu dəyərləndirib.
Matc.az xəbər verir ki, türkiyəli mütəxəssis CBC Sport-a açıqlamasında baş hakim Rəşad Əhmədovun oyundankənar vəziyyət qərarı verdikdən sonra VAR-a baxaraq haitili müdafiəçini meydandan qovmasının doğru qərar olmadığını etiraf edib: