03 Fevral 2023, 00:40
DÖYÜŞ NÖVLƏRİ
Xorvatiyada güləş üzrə "Zaqreb Open" turniri davam edir. Matc.az xəbər verir ki, ikinci yarış günündə 5 güləşçimiz mübarizə aparıb.
Sərbəst güləşçilərimiz 3 medal qazanıb. Georgi Meşvildişvili (125 kq) gümüş, Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) isə bürünc medal əldə edib.
Sərbəst güləş
92 kq
1/4 final: Osman Nurmaqomedov – Kollin Mur (ABŞ) 3:8
Bürünc medal görüşü: Osman Nurmaqomedov – Conatan Ayello (ABŞ) 13:2
97 kq
Təsnifat mərhələsi: Maqomedxan Maqomedov – Kayl Snayder (ABŞ) 4:7
Təsəlliverici görüş: Maqomedxan Maqomedov – Takaşi İşiquro (Yaponiya) 11:0
Bürünc medal görüşü: Maqomedxan Maqomedov – Radoslav Baran (Polşa) 11:4
125 kq
Təsnifat mərhələsi: Georgi Meşvildişvili – Robert Baran (Polşa) 7:0
1/4 final: Georgi Meşvildişvili – Hayden Zillmer (ABŞ) 5:4
1/2 final: Georgi Meşvildişvili – Georgi İvanov (Bolqarıstan) 14:2
Final: Georgi Meşvildişvili – Əmir Hüseyn Zare (İran) -:+ (Meşvildişvili zədələndiyi üçün güləşməyib)
Qadın güləşi
50 kq
Təsnifat mərhələsi: Türkan Nəsirova – Qabija Dilite (Litva) 6:0
1/8 final: Türkan Nəsirova – Otqonjarqal Dolqorjav (Monqolustan) 5:10
1/8 final: Mariya Stadnik – Aktenqe Keunimjayeva (özbəkistan) 10:0
1/4 final: Mariya Stadnik – Otqonjarqal Dolqorjav (Monqolustan) 6:2
1/2 final: Mariya Stadnik – Yui Susaki (Yaponiya) -:+ (Stadnik zədələndiyi üçün güləşməyib)