Xorvatiyada keçirilən güləş üzrə "Zaqreb Open" turniri sona yaxınlaşır. Matc.az xəbər verir ki, yarışın 4-cü günündə 3 güləşçimiz mübarizə aparıb.
 
Taleh Məmmədov (63 kq) ümidləri doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təcrübəli yunan-Roma güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gələrək qızıl medal qazanıb.
 
Qadın güləşi
 
53 kq
Təsnifat mərhələsi: Elnurə Məmmədova – Li Denq (çin) *5:5
1/8 final: Elnurə Məmmədova – Karla Qonzales (Kanada) 0:4
 
Yunan-Roma güləşi
 
63 kq
1/4 final: Taleh Məmmədov – Şermuxammad Şaribcanov (özbəkistan) 8:1
1/2 final: Taleh Məmmədov – İman Hüseyn Məhəmmədi (İran) *4:4
Final: Taleh Məmmədov – Arif Hüseyn Məhəmmədi (İran) 7:2
 
67 kq
1/8 final: Həsrət Cəfərov – Luis Sançes (Kuba) 1:5

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest