05 Fevral 2023, 22:35
DÖYÜŞ NÖVLƏRİ
Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycan yığmasının daha bir üzvü medal qazanıb. Matc.az xəbər verir ki, -100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Zelim Kotsoyev turniri bürünc medalla başa vurub.
O, belçikalı cüdoçu Toma Nikiforova qalib gələrək bürünc medala sahib çıxıb.
Bununla da Azərbaycan yığması Parisdəki "Böyük Dəbilqə"ni üç medalla başa vurub. Daha öncə Balabəy Ağayev (60 kq) qızıl, Murad Fətiyev (90 kq) isə gümüş medal qazanmışdı.