Xorvatiyada keçirilən güləş üzrə "Zaqreb Open" turnirinə yekun vurulub. Matc.az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə 6 çəkidə qaliblər müəyyənləşib.
 
Təmsilçilərimizdən Nihat Məmmədli (60 kq) gümüş, Murat Lokyayev (97 kq) isə bürünc medal qazanıb.
 
Beləliklə, ilin ilk reytinq turnirində güləşçilərimiz ümumilikdə 12 (2 qızıl, 3 gümüş, 7 bürünc) medal əldə edib.
 
60 kq
 
Təsnifat mərhələsi: Nihat Məmmədli – Yustias Petraviçyus (Litva) 4:0
1/8 final: Nihat Məmmədli – Murad Məmmədov 6:2
1/4 final: Nihat Məmmədli – Kristian Kekemeti (Macarıstan) 8:0
1/2 final: Nihat Məmmədli – Razvan Arnaut (Rumıniya) *3:3
Təsəlliverici görüş: Murad Məmmədov – Yustias Petraviçyus (Litva) 1:5
Final: Nihat Məmmədli – Mehdi Necad (İran) 0:8
 
72 kq
 
Təsnifat mərhələsi: ülvü Qənizadə – Jiri çapek (çexiya) -:+ (ülvü xəstələndiyi üçün görüşə çıxmayıb)
 
82 kq
 
Təsnifat mərhələsi: Tuncay Vəzirzadə - Peyman Poştam (İran) 0:9
 
97 kq
 
Təsnifat mərhələsi: Murat Lokyayev – Kiril Milov (Bolqarıstan) 1:10
Təsnifat mərhələsi: Zamir Maqomedov – Mindauqas Venkaitis (Litva) 4:2
1/8 final: Arif Niftullayev – Cerard Kurniçak (Polşa) 3:0
1/8 final: Zamir Maqomedov – Feliks Baldauf (Norveç) 0:8
1/4 final: Arif Niftullayev – Kiril Milov (Bolqarıstan) 1:5
Təsəlliverici görüş: Murat Lokyayev – Vinko Prodanoviç (Xorvatiya) 9:0
Təsəlliverici görüş: Murat Lokyayev – Arif Niftullayev 10:2
Bürünc medal görüşü: Murat Lokyayev – Mihail Kajaya (Serbiya) +:- (Kajaya zədələndiyi üçün görüşə çıxmayıb)
 
130 kq
 
Təsnifat mərhələsi: Sabah Şəriəti – Danila Sotnikov (İtaliya) 0:4
1/8 final: Beka Kandelaki – Delyan Alişahi (İsveçrə) 9:0
1/8 final: Sərxan Məmmədov – Linqye Menq (çin) 4:7
1/4 final: Beka Kandelaki – Linqye Menq (çin) 1:3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest