06 Fevral 2023, 10:30
DÖYÜŞ NÖVLƏRİ
80 xal toplayan pəhləvanlarımız 29 komanda arasında üçüncü yerə layiq görülüblər. İran (195) birinci, Macarıstan (80) isə ikinci yeri tutub. Yunan-Roma güləşçilərimizdən Taleh Məmmədov (63 kq) qızıl, Nihat Məmmədli (60 kq) gümüş, Murat Lokyayev (97 kq) isə bürünc medala sahib çıxıb.
Xorvatiyada keçirilən "Zaqreb Open"də güləş üzrə Azərbaycan milliləri komanda hesabında 3-cü yeri tutub. Matc.az saytının məlumatına görə, sərbəst güləş üzrə yığmamız 135 xalla 24 komanda arasında üçüncü olub.
Komandamız yalnız ABŞ (174 xal) və İrandan (140) geri qalıb. Yığmamızın heyətində Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal əldə ediblər.
Yunan-Roma güləşçilərimiz də reytinq turnirində eyni nəticəni göstəriblər. 80 xal toplayan pəhləvanlarımız 29 komanda arasında üçüncü yerə layiq görülüblər. İran (195) birinci, Macarıstan (80) isə ikinci yeri tutub. Yunan-Roma güləşçilərimizdən Taleh Məmmədov (63 kq) qızıl, Nihat Məmmədli (60 kq) gümüş, Murat Lokyayev (97 kq) isə bürünc medala sahib çıxıb.
Qadın güləşçimiz Alyona Kolesnikin (59 kq) bürünc medalı yığmamızın komanda hesabında 13-ü olmasına (25 xal) kömək edib.
XƏYAL