Qadın voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan çempionatının 5-ci turunun matçları oynanılıb.
 
Yarışın lideri "Azərreyl" ilk məğlubiyyətini "Abşeron"dan alıb. "Abşeron" hər üç setdə rəqibinə aman verməyib və 3:0 hesablı qələbəyə (25:21, 26:24, 25:17) sevinib.
 
Turun digər matçında da eyni hesab qeydə alınıb. Burada "Murov" UNEC-dən güclü olub – 3:0 (25:9, 25:23, 25:11).
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest