"Böyük Dəbilqə"də 500-dən çox idmançının iştirakı gözlənilir. 3 gün davam edəcək turnirdə yalnız kişi idmançılarımız mübarizə aparacaq.
Azərbaycan cüdoçuları növbəti yarışa hazırlaşırlar. Matc.az xəbər verir ki, milli komandamızın üzvləri İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcəklər. Fevralın 16-da start götürəcək yarışa 12 idmançımız qatılacaq.
3 gün davam edəcək turnirdə yalnız kişi idmançılarımız mübarizə aparacaq. Bunlar Balabəy Ağayev, Kəramət Hüseynov (hər ikisi 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Nurlan Osmanov (73 kq), Zelim Tçkayev, Rüstəm Orucov (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri və Camal Qamzatxanovdur (hər ikisi +100 kq).
"Böyük Dəbilqə"də 500-dən çox idmançının iştirakı gözlənilir.
TURAN