"Roma"nın futbolçusu Nikolo Zaniolonun karyerasını Türkiyədə davam etdirəcəyi dəqiqləşib. Matc.az xəbər verir ki, "Roma"nın yarımmüdafiəçisi "Qalatasaray"la anlaşıb.
 
Klublar arasında danışıqlar artıq müsbət yekunlaşıb. İtaliya millisinin üzvü tibbi müayinədən keçmək və münasibətləri rəsmiləşdirmək üçün bu gün İstanbula yollanacaq. Bu transfer bonuslarla birlikdə "Roma"ya 20 milyon avro qazandıracaq. 24 yaşlı pleymeyker "sarı-qırmızılılar"la 4,5 illik müqavilə imzalayacaq.
 
Qeyd edək ki, Nikolo Zaniolo 2018-ci ildən bəri "Roma"da çıxış edib.

XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest