Türkiyənin 4 güləşçisi zəlzələ nəticəsində vəfat edib. Matc.az xəbər verir ki, bu barədə Türkiyə Güləş Federasiyası məlumat verib.
 
Kahramanmaraşda idmançıların qaldığı binanın çökməsi səbəbindən 8 güləşçi dağıntılar altından sağ çıxarılıb. Lakin daha sonra 4 nəfərin cansız bədəni tapılıb.
 
Bunlar Ahmet Taş, Mehmet Eskisarılı, Ali Gürsoy və Aslan Ekizdir.
 
Daha 4 güləşçi ilə bağlı hazırda məlumat yoxdur. Ərazidə xilasetmə işləri davam edir.
 
Fevralın 6-da baş vermiş zəlzələ Türkiyənin 10 vilayətində 13.5 milyon insana təsir göstərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest