Cüdo üzrə Azərbaycan millisi Bolqarıstanda keçiriləcək böyüklər arasında Açıq Avropa turnirində iştirak edə bilməcəyək. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Cüdo üzrə Azərbaycan millisi Bolqarıstanda keçiriləcək böyüklər arasında Açıq Avropa turnirində iştirak edə bilməcəyək. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
 
Bildirilib ki, Türkiyədə əlverişsiz hava şəraiti nəticəsində İstanbul hava limanında uçuşlar təxirə salındığından, cüdoçularımızın paytaxt Sofiyaya səfəri baş tutmayacaq. Məsələ burasındadı ki, komandamız yarışın çəki vaxtına çata bilməyəcək. Bu üzdən yığmamızın turnirdə iştirakı ləğv olunub.
 
Əvəzində A kateqoriyalı beynəlxalq dərəcəli hakimlərimiz Arzu Acalova və Fariz Hüseynov fevralın 11-12-dəki ədalət təmsilçiləri sırasında olacaqlar.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest