Azərbaycan boksçusu Tural Sarıyev Macarıstanın Debretsen şəhərində beynəlxalq turnirdə yarımfinal döyüşünü keçirib. Matc.az xəbər verir ki, 48 kq çəkidə mübarizə aparan yığma üzvü finala gedən yolda Temirats Jusspovla (Qazaxıstan) qarşılaşıb.
 
Döyüş rəqibin qələbəsi ilə başa çatıb. Sarıyev yarışı bürünc medalla başa vurub.
 
Xatırladq ki, 26 ölkədən 294 boksçunun qatıldığı turnir sabah başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest