Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında növbəti oyunların vaxtı dəqiqləşib. Matc.az xəbər verir ki, kişi voleybolçuların Yüksək Liqasında 3-cü dövrənin oyunlarına fevralın 14-də start veriləcək.
 
Günün ilk qarşılaşması saat 16:00-da "Murov" və "Neftçi" komandaları arasında olacaq.
 
Daha sonra "Xarı bülbül" və MOİK kollektivləri meydana çıxacaqlar. Bu görüş isə saat 18:00-da start götürəcək.
 
Qeyd edək ki, 7-ci turun oyunları Voleybol Mərkəzində təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest