Azərbaycan Basketbol Liqasında 17-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.
 
Günün yeganə oyununda "Sabah" və "Neftçi" İK komandaları üz-üzə gəliblər. Qarşılaşma "Sabah"ın 79:61 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Turun əvvəlki matçlarında "Sərhədçi" "Olimpik Şəki"yə 106:83, "Gəncə" "AAAF Xırdalan"a 92:78, NTD isə "Zirvə Astara"ya 92:79 hesabı ilə qalib gəlmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest