Azərbaycan boksçusu Məhəmməd Abdullayev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Strandja" beynəlxalq turnirində yarımfinala yüksəlib. Matc.az xəbər verir ki, +92 kq çəkidə mübarizə aparan təmsilçimiz A kateqoriyalı yarışın 1/4 final mərhələsində Narenderi (Hindistan) məğlub edib.
 
Dünya çempionatının mükafatçısı 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.
 
Boksçumuz yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı təmin edib. Məhəmməd finala gedən yolda özbəkistanlı Bahodir Jalolovla döyüşəcək. Görüş fevralın 25-də olacaq.
 
Xatırladaq ki, turnirin 1/4 finalında daha 2 boksçumuz qüvvəsini sınayacaq. Malik Həsənov (63,5) Mujibillo Tursunovla (özbəkistan), Zeynəb Rəhimova (54 kq) Mixaela Robleslə (Argentina) üz-üzə gələcək. Aynur Rzayeva (+81 kq) isə yarımfinalda Monikanı (Hindistan) sınağa çəkəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest