21 yaşadək karateçilərdən ibarət Azərbaycan millisinin üzvü Nicat Kərimli Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçirilən "Karate1 Youth League" turnirinin gümüş medalını qazanıb. Matc.az xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən gənc idmançı finalda misirli rəqibi ilə görüşdə öndə olmasına baxmayaraq, qələbəni əldən verib.
 
Kərimli həlledici qarşılaşmaya qədər Honq Konq, Şotlandiya və Ukrayna təmsilçilərini üstələyib.
 
Dünya Karate Federasiyasının nüfuzlu turnirlərindən sayılan bu yarışda 14 yaşadək uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər mübarizə aparırlar. 67 ölkədən 1169 idmançının qatıldığı turnirdə Azərbaycanı 27 karateçi təmsil edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest