Bu gün Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində veteran cüdoçular arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib. Matc.az xəbər verir ki, yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Yarışda 3 yaş kateqoriyası üzrə 19 çəki dərəcəsində 88 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Yarışın əsas məqsədi usta cüdoçuların Azərbaycanın veteran cüdoçulardan ibarət milli yığma komandasına cəlb olunması ilə yanaşı, gənc nəsilə örnək olaraq sağlam həyat tərzinin təbliği, təcrübəli idmançıların bacarıqlarının reallaşdırılması və eyni zamanda müvafiq yaş qrupu üzrə Avropa və dünya çempionatlarında iştirak üçün seçim etməkdir.
Medalçıları təqdim edirik:
M1 yaş kateqoriyası
-60 kq
1. Əfqan Abdullayev
2. Zamin Canıyev
-66 kq
1. Rəşid Şəmizadə
2. Xəyal Zaliyev
3. Ramin Atakişiyev
3. Orxan Həsənov
-73 kq
1. Rəfael Nağıyev
2. Vüsal Kərimov
3. Teymur Şirinzadə
3. Samir Bədəlov
-81 kq
1. Orxan Hacıağalı
2. Elçin Qasımov
3. Tural Bağırzadə
3. Anar Yusifli
-90 kq
1. Məcid Rzayev
2. Elşad Ağayev
3. Sultan Ağayev
3. İlham Heydərov
-100 kq
1. Hikmət Alışov
2. Elçin Məmmədov
+100 kq
1. Qurban Məmmədli
2. Ruslan Əliyev
3. Araz Mehrəliyev
M2 yaş kateqoriyası
-60 kq
1. Babək Hacıyev
2. Mənsur Abbasov
-66 kq
1. Bəhruz Həsənov
2. Elxan Qasanov
-73 kq
1. Namiq Dəhbaşov
2. Nəsib Sadıxov
-81 kq
1. Azər Fətullayev
2. Emil Səmədov
3. Zaur Məmmədov
-90 kq
1. Elşən İbişov
2. Mahir Ağamirzəyev
3. Zaur Əliyev
-100 kq
1. Emil Hüseynov
2. Ramil Muradov
3. Vüqar Bağırlı
+100 kq
1. İlqar Ağarəhimov
2. Rəsul Abbasov
M3 yaş kateqoriyası
​​​​​​​-81 kq
1. Azər Cəfərov
2. Natiq Qasımov
3. Firudin Kərimov
-90 kq
1. Firdovsi Bayramov
2. İlqar Hüseynov
-100 kq
1. Rəsul Ağamirov
+100 kq
1. Rövşən Muxtarov