Azərbaycan boksçusu Aynur Rzayeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Strandja" beynəlxalq turnirində finala yüksəlib.  Matc.az xəbər verir ki, +81 kq çəkidə mübarizə aparan təmsilçimiz A kateqoriyalı yarışın yarımfinalında hindistanlı Monikaya qalib gəlib.
 
Avropa çempionatının mükafatçısı rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.
 
Rzayeva finalda Aqata Kajmarska (Polşa) ilə döyüşəcək.
 
Digər boksçumuz Məhəmməd Abdullayev (+92 kq) isə bürünc medalla kifayətlənib. özbəkistanlı Bahodir Jalolovla mübarizədə rəqib mərhələ adlayıb.
 
"Strandja" turnirinə 40-a qədər ölkədən 398 boksçu (256 kişi, 142 qadın) qatılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest