Bu gün Azərbaycanın daha iki cüdoçusu özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayacaq.
 
Matc.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Nəriman Mirzəyev 1/16 final mərhələsində Tacikistan təmsilçisi Bahruzi Xocazoda ilə üz-üzə gələcək.
 
Eyni çəkidəki Rəşid Məmmədəliyev yerli idmançı Şaxram Ahadovla güləşəcək.
 
Daha əvvəl 60 kq-dakı Əhməd Yusifov bürünc medal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest