12 Mart 2023, 01:31
DÖYÜŞ NÖVLƏRİ
Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə edib. Matc.az xəbər verir ki, turnirin ilk günündə qızların yarışında -40, -44, -48 və 52 kq çəki dərəcələrində 14 cüdoçumuz, oğlanların yarışında isə -50, -55, -60 və -66 kq. çəki dərəcələrində 17 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Əhməd Rüstəmov (-50 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı idmançı Luka Omanadzeyə qalib gələrək yarışı 3-cü yerdə başa vurub.
-55 kq çəkidə yarışan Ayxan Mirzəzadə və Fərid Qarayev turnirin bürünc medalını qazanıb. Eyni çəki dərəcəsində mübarizə aparan Mirxaliq İskəndərov finalda Qazaxıstan təmsilçisi Oralbek Bayzaka qalib gələrək qızıl medal əldə edib.
ümüd Qurbanov (-60 kq) bürünc medal uğrunda görüşdə serbiyalı cüdoçu Velko Simiki üstələyib.
Qızların mübarizəsində Vüsalə Hacıyeva (-48 kq) 5-ci, Gülşən Hüseynova (-40 kq) 7-ci yerlə kifayətlənib. Oğlanlar arasında Həsən Həsənli (-55) də 5-ci yeri tutub.