12 Mart 2023, 12:11
DÖYÜŞ NÖVLƏRİ
Eyndhovendə cüdo üzrə açıq Niderland çempionatına start verilib. Matc.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.
Komandamızın heyətində Rahid Vəliyev (54 kq) və Qaşım Maqomedov (58 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olublar.
Yığmamızın digər taekvondoçusu Yaşar Məmmədli (68 kq) isə çempionatın gümüş medalına yiyələnib.
Yarışa martın 12-də yekun vurulacaq.