Türkiyənin "Ankaragücü" klubu braziliyalı müdafiəçisi Marlonla yollarını ayırıb. Matc.az xəbər verir ki, 25 yaşlı futbolçu Ankara təmsilçisindən ayrılaraq ölkəsinə qayıdıb.
 
Sol cinah müdafiəçisi Braziliyanın "Kruzeyro" klubu ilə müddəti 2025-ci ilin 31 dekabrına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
 
Marlon Türkiyə klubuna bu mövsümün əvvəlində "Fluminense"dən gəlmişdi. O, Super Liqa klubunda cəmi 15 oyun keçirib. Daha öncə Türkiyədə "Trabzonspor"un da formasını geyinmiş futbolçu "Krisiuma" və "Boavişta"nın da uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest