18 Mart 2023, 17:32
MPL
Premyer Liqanın XXVII turu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 43 yaşlı mütəxəssis "qırmızı-qaralar"ı 100-cü çempionat matçına çıxarıb. Bu, "Şamaxı" ilə ev görüşünə təsadüf edib
Premyer Liqanın XXVII turu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 43 yaşlı mütəxəssis "qırmızı-qaralar"ı 100-cü çempionat matçına çıxarıb. Bu, "Şamaxı" ilə ev görüşünə təsadüf edib.
Qəbələ şəhər stadionundakı görüşdə onun komandası 2:0 hesablı qələbə qazanıb. Baxşıyevin rəhbərliyi altındakı 100 görüşdə 31-ci qalibiyyəti olub. "Qəbələ" bu müddətdə 33 heç-heçə edib və 36 dəfə uduzub.
Baxşıyev Premyer Liqada 100 və daha çox görüşdə "qırmızı-qaralar"a rəhbərlik edən üçüncü mütəxəssisdir. Onadək Ramiz Məmmədovla Roman Qriqorçuk da "100"ü arxada qoyub.
Xatırladaq ki, baş məşqçinin debütü 2019-cu il sentyabrın 14-də gerçəkləşib. Həmin gün "Qəbələ" səfərdə "Sabah"a qalib gəlib – 1:0.