Futbol üzrə İtaliya kubokunun 2022/23 mövsümünün yarımfinal və oyunlarının tarixləri, həmçinin keçiriləcəyi stadionlar müəyyənləşib. Matc.az xəbər verir ki, "Yuventus"la "İnter" arasındakı yarımfinal görüşlərindən birincisi aprelin 4-də Turində, cavab matçı isə ayın 26-da Milanda baş tutacaq.
 
"Kremoneze" ilə "Fiorentina" arasındakı oyunlar isə aprelin 5-də və 27-də baş tutacaq. İlk oyun Kremonada, cavab görüşü isə Florensiyada keçiriləcək.
 
Final qarşılaşması isə mayın 24-də, paytaxt Romada yerləşən "Olimpiko" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest