"Real"ın müdafiəçisi David Alabanın Avstriya yığmasına çağırılması ilə bağlı İspaniya klubunun narazılığı səngimir.

"Real"ın müdafiəçisi David Alabanın Avstriya yığmasına çağırılması ilə bağlı İspaniya klubunun narazılığı səngimir. Matc.az saytı xəbər verir ki, hələlik səssizliyini qoruyan "kral klubu" ulduz futbolçunun qarşıdakı görüşlərdəki durumuna əsasən mövqeyini bildirəcək.
 
Bir aydan çoxdu ki, zədə ucbatından madridlilərə kömək edə bilməyən, hətta əzəli rəqib "Barselona"ya qarşı "El Klasiko"da da iştirak etməyən 30 yaşlı müdafiəçinin Avstriya yığmasının AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə ilk matçında meydana çıxması gözlənilir. Əgər Alaba həmin qarşılaşmada yenidən zədələnsə, o zaman "Real" rəhbərliyi həm futbolçunun özünə, həm də Belçika Futbol Federasiyasına narazılığını bildirəcək.
 
Əgər Alaba Azərbaycan və Estoniya ilə görüşləri zədəsiz başa vursa, bu, "kral klubu"na əlavə üstünlük qazandıracaq. Belədə futbolçu klubuna oynamağa tam hazır vəziyyətdə qayıdacaq.
 
Qeyd edək ki, Avstriya – Azərbaycan oyunu martın 24-də Linzdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest