Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban avrokubokda gümüş medal qazanıb.
 
Matc.az xəbər verir ki, hücumçumuzun formasını geyindiyi Rumıniyanın "CSM Lugoj" klubu "çağırış kuboku"nun finalında İtaliyanın "Reale Mutua Fenera Chieri" komandası ilə qarşılaşıb.
 
Final çərçivəsində keçirilən hər iki oyunda rəqib quru hesabla qalib gəlib. Beləliklə, voleybolçumuzun komandası turnirin gümüş medalını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest