Almaniyanın "Bavariya" komandasının baş məşqçi postunda dəyişiklik edilib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yulian Naqelsmann istefaya göndərilib.
 
Onu bu vəzifədə Tomas Tuxel əvəzləyib. Mütəxəssilə 2025-ci ilin iyununa kimi müqavilə imzalanıb.
 
Xatırladaq ki, "Bavariya" Bundesliqada çempionluq mübarizəsini, Almaniya kuboku və çempionlar Liqasında işirakını davam etdirir. Komanda Bundesliqada 52 xalla 2-ci pillədə qərarlaşıb. Münhen təmsilçisi keçirdiyi son matçda Bundesliqada "Bayer"ə 1:2 hesabı ilə uduzmuş və liderliyi əldən vermişdi.
 
Xatırladaq ki, Tomas Tuxelin son klubu "çelsi" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest