Azərbaycan karateçiləri İspaniyanın Qvadalahara şəhərində keçirilmiş Avropa çempionatında 8 medal qazanıblar. Matc.az xəbər verir ki, mükafatların biri qızıl, dördü gümüş, üçü isə bürüncdür.
 
8 medaldan 1 qızıl, 2 gümüş və 1 bürünc medala para-karateçilər sahib olublar.
 
Fərdi kumite yarışlarında İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (68+ kq) Avropa ikincisi olub. Tural Ağalarzadə (-67 kq) və Fərid Ağayev (-75 kq) isə bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan medal qazanan ölkəlır arasında Xorvatiya ilə 9-10-cu yerləri bölüşüb. 5 gün davam edən qitə çempionatında 48 ölkədən 468 idmançı iştirak edib.
 
Para-karateçilərin Avropa çempionatında Emiliya Mitlinova birinci yeri, Eldar Əhmədov ikinci pilləni, Nihat Məmmədzadə və Ariyana Mitlinova isə üçüncü sıranı tutub. Para-karateçilərimiz medal sıralamasında ikinci olub.     
 
Böyüklərin növbəti Avropa çempionatı 2024-cü ildə Xorvatiyada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest