29 Mart 2023, 12:35
DÖYÜŞ NÖVLƏRİ
Martın 31-də Türkiyənin Antalya şəhərində start götürəcək "Böyük Dəbilqə" turnirinə qatılan Azərbaycan cüdoçuları müəyyənləşib. Matc.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Türkiyədəki yarışda 17 idmançı mübarizə aparacaq.
60 kq-da Kəramət Hüseynov, Nazir Talıbov, 66 kq-da Orxan Səfərov, Yaşar Nəcəfov, 73 kq-da Hidayət Heydərov, Nurlan Osmanov, 81 kq-da Səid Mollayi, Zelim Tçkayev, 90 kq-da Məmmədəli Mehdiyev, Murad Fətiyev, 100 kq-da Zelim Kotsoyev, 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri və Camal Qamzatxanov tatamiyə çıxacaq.
Qadınlar isə 48 kq-da Leyla Əliyeva ilə Könül Əliyeva, eyni zamanda, 52 kq-da Gültac Məmmədəliyeva və 57 kq-da Fidan Əlizadə qüvvəsini sınayacaq.
"Böyük Dəbilqə" aprelin 1-də yekunlaşacaq.