Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandasının üzvləri martın 27-dən etibarən Almaniyanın Bremen şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir. Matc.az xəbər verir ki, hazırlıq prosesində 21 ölkədən 600-dən çox idmançı iştirak edir.
 
Martın 29-na qədər davam edəcək hazırlıq prosesinə Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli yığma komandasının 17 üzvü qatılıb.
 
Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edir. 
 
Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest