08 Aprel 2023, 21:36
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycanın cüdo üzrə qadınlardan ibarət yığma komandasının üzvləri aprelin 5-dən etibarən Yaponiyada cüdo təlim düşərgəsində iştirak edir. Matc.az xəbər verir ki, aprelin 22-nə qədər davam edəcək hazırlıq prosesinə Azərbaycanın cüdo üzrə qadınlardan ibarət yığmasının 6 üzvü qatılıb.
Cüdoçulara qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir.
Təlim-məşq toplanışı 7-13 may tarixlərində Qətərin paytaxtı Dohada baş tutacaq böyüklər arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır.