Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, ikinci yarış günündə daha 5 çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulub.

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, ikinci yarış günündə daha 5 çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulub.
 
İntiqam Vəlizadə (61 kq) təsnifat mərhələsində ukraynalı Taras Markoviç uduzub - 4:5.
 
Cəbrayıl Qadjiyev (74 kq) təsnifat mərhələsində avstriyalı Simon Markl üzərində inamlı qələbə qazanıb - 6:1. Yığma üzvü 1/8 finalda olimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş Frank çamizoya (İtaliya) məğlub olub - 4:9. Rəqib finala yüksəldiyi üçün Qadjiyev təsəlliverici görüşdə türkiyəli Soner Demirtaşla qarşılaşıb və təcrübəli rəqibinə minimal fərqlə (4:5) uduzub.
 
Abubakr Abakarov (86 kq) 1/8 finalda türkiyəli Fatih Erdinə qalib gəlib - 7:5. Abakarov 1/4 finalda Avropa çempionu Dauren Kuruqlievə (Yunanıstan) məğlub olub - 0:9. Rəqib finala yüksəldiyi üçün Abakarov təsəlliverici görüşə çıxıb və latviyalı İvars Samusonoksdan güclü olub - 8:0. Abubakr bürünc medal uğrunda görüşdə slovakiyalı Boris Makoyevə 7:4 hesabıyla qalib gələrək Avropa 3-cüsü olub.
 
Osman Nurmaqomedov (92 kq) mübarizəyə 1/4 finaldan qoşulub və israilli Filip Finesilverə tam üstünlüklə qalib gəlib - 10:0. Nurmaqomedov yarımfinalda slovakiyalı Ermak Kardanov üzərində də inamlı qələbə (6:0) qazanaraq adını finala yazdırıb. Osman həlledici görüşdə türkiyəli Feyzullah Aktürklə gərgin keçən görüşdən 2:5 hesabıyla məğlub ayrılıb və Avropa çempionatını gümüş medalla başa vurub. 
 
Georgi Meşvildişvili (125 kq) ilk mərhələdə almaniyalı Gennadi Kudinoviçi "tuş"la üstələyib. Təmsilçimiz 1/4 finalda türkiyəli olimpiya, dünya və Avropa çempionu Taha Akgüllə bacarmayıb - 1:3. Titullu rəqib finaladək irəliləyib. Meşvildişvili bürünc medal uğrunda italiyalı Abraham Konyedo ilə güləşib və 7:4 hesablı qələbəylə Avropa üçüncüsü olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest