Ölkə çempionatının XXV turunda "Əl-Hilal"la oyundan (0:2) sonra 38 yaşlı forvard "Messi, Messi!" şüarı səsləndirən azarkeşlərə əllə ədəbsiz jestlə qarşılıq verib.

Vəkil Nuf bin Əhməd "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldoya qarşı Səudiyyə Ərəbistanı prokurorluğunda iddia qaldırıb. Matc.az xəbər verir ki, o, portuqaliyalı futbolçunu nalayiq davranışda ittiham edib.

ölkə çempionatının XXV turunda "Əl-Hilal"la oyundan (0:2) sonra 38 yaşlı forvard "Messi, Messi!" şüarı səsləndirən  azarkeşlərə əllə ədəbsiz jestlə qarşılıq verib.

Beynəlxalq hüquq üzrə ixtisaslaşmış hüquqşünas Nuf bin Əhmədin sözlərinə görə, bu ictimai şərəfsizlik cinayəti sayılır və hadisə əcnəbi tərəfindən edildiyi təqdirdə həbs və ya deportasiya ilə nəticələnə bilər. 

Ronaldonun bu davranışı Səudiyyə Ərəbistanının "Action ya Dawri" verilişində də müzakirə olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest