Polşada keçiriləcək III Avropa Oyunlarında ölkəmizi təmsil edəcək karateçilər bəlli olub. Matc.az Oyunların rəsmi saytına istinadən xəbər verir ki, mötəbər yarışda səkkiz karateçimiz medallar uğrunda mübarizə aparacaq.
 
Kişilərin yarışında ölkəmizin idman şərəfini Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı) qoruyacaqlar.
 
Qadınların mübarizəsində Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) medallar uğrunda yarışacaqlar.
 
üçüncü Avropa Oyunlarının karate yarışlarında 20 ölkədən 96 idmançı mübarizə aparacaq.
 
Qeyd edək ki, Krakov şəhərində təşkil olunacaq Avropa Oyunlarına iyunun 21-də start veriləcək. Yarışın bağlanış mərasimi iyulun 2-də keçiriləcək. Karate yarışları isə iyunun 22-23-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest