25 Aprel 2023, 15:44
DÖYÜŞ NÖVLƏRİ
Xorvatiyada keçirilən Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.
Matc.az xəbər verir ki, Zaqrebdə çempion olan ülvü Qənizadə (72 kq) jurnalistlərə açıqlamasında bunları söyləyib:
"Karyeramda ilk dəfə Avropa çempionu oldum. Buna görə çox sevinirəm. Məni ilk təbrik edən anam oldu. Qələbəmi şəhidlərimizin və atamın ruhuna həsr edirəm. Növbəti hədəfim dünya çempionu olmaqdır. Arxayınlaşmaq olmaz. İnanıram ki, bu nəticələrin ardı gələcək".