26 Aprel 2023, 11:03
DÖYÜŞ NÖVLƏRİ
Dünya çempionatının ümumi mükafat fondu 5,2 milyon dollardı. 100-dən çox ölkənin 700-dək boksçusunun qatılacağı yarışın püşkatma mərasimi aprelin 30-da olacaq.
Boks üzrə Azərbaycan millisinin özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatı üçün heyəti müəyyənləşib. Matc.az saytı xəbər verir ki, komandamız mayın 1-də start götürəcək yarışda ideal heyətlə mübarizə aparacaq.
Mundialda Azərbaycanı 13 boksçu təmsil edəcək. Bunlar Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayevdi (+92 kq).
Dünya çempionatının ümumi mükafat fondu 5,2 milyon dollardı. 100-dən çox ölkənin 700-dək boksçusunun qatılacağı yarışın püşkatma mərasimi aprelin 30-da olacaq. Turnirdə çempion boksçunun qazancı 200 min dollar olacaq. Gümüş mükafatçı 100 min, bürünc medalçı isə 50 min dollar qazanc əldə edəcək.
Yığmamız Daşkəndə aprelin 28-də yollanacaq. Komandaya Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək.
Qeyd edək ki, dünya çempionatı 14 gün davam edəcək və komandamız mayın 15-də Vətənə dönəcək.