Bu il noyabrda İranda (yunan-Roma güləşi), dekabrda isə ABŞ-da (sərbəst güləş, qadın güləşi) keçirilməsi nəzərdə tutulan dünya kuboku yarışları baş tutmayacaq.
 
Matc.az xəbər verir ki, bunu Dünya Güləş Birliyi (UWW) bu gün rəsmi saytı vasitəsilə elan edib.
 
Ali qurum belə qənaətə gəlib ki, əksər ölkələr dünya çempionatından sonra əsas diqqəti Paris-2024 Olimpiadasına hazırlığa yönəldəcək. Bu səbəbdən bir çox aparıcı güləş yığmaları dünya kubokunda iştirak etməyə bilər. UWW bununla bağlı təhlillər apardıqdan və təşkilatçı dövlətlərlə məsləhətləşdikdən sonra builki dünya kuboku yarışlarının ləğv edilməsi qərarını verib.
 
Xəbərdə o da qeyd edilib ki, ali qurum bu yarışa böyük önəm verir və növbəti illərdə dünya kubokunun keçirilməsi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest