Azərbaycan boksçusu Tayfur Əliyev özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb. Matc.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 finalda qırğızıstanlı Mirzohid İmamnazarovla döyüşüb.
 
Rəqibini məğlub edən Avropa Oyunlarının mükafatçısı növbəti mərhələyə yüksəlib. O, 1/8 finalda rusiyalı Vsevolod Şumkovla üz-üzə gələcək. Görüş mayın 8-də olacaq.
 
Mundialın üçüncü günündə Sərxan Əliyev (71 kq) də rinqə çıxıb. Dev Nişantla (Hindistan) qarşılaşmada rəqib 1/16 finala vəsiqə qazanıb.
 
107 ölkədən 538 idmançının qatıldığı mundialın dördüncü günündə Tural Sarıyev (48 kq) Al-Jaleel Jokhu (Trinidad və Tobaqo) ilə, Məhəmməd Abdullayev (+92 kq) Ernandes Kruzla (Meksika) ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest