Fransanın paytaxtı Paris şəhərində 6-7 mayda gənclər arasında Avropa kuboku keçiriləcək.
 
Matc.az xəbər verir ki, turnirdə 21 ölkədən 372 idmançı iştirak edəcək. 
 
Azərbaycan yarışda 7 çəki dərəsində 15 oğlan və 1 qız cüdoçu ilə təmsil olunacaq.
 
Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək.
 
İdmançılarımız 8-10 may tarixlərində Parisda təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.
 
Qızlar
 
-57 kq.
Fidan Əlizadə
Oğlanlar
 
-60 kq. 
Nizami İmranov 
Nurlan Kərimli 
Nicat Şirinov 
 
-66 kq. 
İslam Rəhimov 
Aydın Rzayev 
Nicat Nağıyev 
 
-73 kq. 
Qadir Hüseynov 
Vüsal Qələndərzadə 
Elnur Qasilov 
 
-81 kq. 
ömər Rəcəbli 
Aslan Kotsoyev
Məmmədrza Hacızadə 
 
-90 kq. 
İsmayıl Zamanov 
 
+100 kq. 
Kənan Nəsibov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest