2016-cı il Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov Avropa Cüdo Birliyinin (ACB) Atletlər Komissiyasının üzvü təyin edilib. Matc.az xəvbər verir ki, bu barədə ACB-nin rəsmi saytı məlumat yayıb.
 
"ACB bundan sonrakı fəaliyyətində Atletlər Komissiyasının dəstəyini alacaq və  komissiyanın üzvləri təcrübələrinə arxalanaraq idmanın müxtəlif məsələlərinə cəlb olunacaqlar"- deyə ACB-nin rəsmi səfhəsində vitse-prezidenti Hrvoye Lindi bildirib. 
 
Rüstəm Orucov Avropanın ən uğurlu və hörmətli cüdoçularından hesab olunur. O, 2017 və 2019-cu illərdəki Dünya çempionatlarında ikinci pilləyə yüksəlib. 2016-cı ildə Avropa çempionatının qızıl medalını qazanıb və  eyni miqyaslı yarışın 2019-cu ildə gümüş, 2017, 2020, 2022-ci illərdə bürünc mükafatçısı olub. 
 
Qeyd edək ki, Rüstəm Orucov Milli Olimpiya Azərbaycan Atletlər Komissiyasının sədri, AMADA İdmançılar Məsləhətçi komissiyasının üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest